Mərdəkanda kütləvi bıçaqlanma - Yaralılar var

11:20 | 18.07.2014
Mərdəkanda kütləvi bıçaqlanma - Yaralılar var

Mərdəkanda kütləvi bıçaqlanma - Yaralılar var

Bakının Xəzər rayonunda baş verən qarşıdurma zamanı eyni vaxtda 3 nəfər bıçaqlanıb.AzNews.az-ın məlumatına görə, hadisənin təfərrüatı haqqında açıqlama verilməsə də bildirilib ki, iyulun 17-də Xəzər rayonu Mərdəkan qəsəbəsi ərazisində saat 23:00 radələrində 1992-ci il təvəllüdlü İlham Abbasov, Ayaz Abdullayev və 1980-ci il təvəllüdlü Tərlan Xudaquliyev bıçaqlanıb. Hər üç şəxs Sabunçu rayonunda yerləşən 3 saylı şəhər Xəstəxanasına aparılıb. Onlar bədənlərinin müxtəlif yerlərinin kəsilmiş-dəşilmiş yaraları ilə klinikanın cərrahiyyə şöbəsinə yerləşdirilib. Xəstəxanadan bildirilib ki, hazırda hər üç xəstənin vəziyyəti normaldır və həyatı təhlükə üçün heç nə yoxdur. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM