M.Ə.Rəsulzadə haqqında ingilis dilində kitab çıxıb

10:36 | 28.04.2014
M.Ə.Rəsulzadə haqqında ingilis dilində kitab çıxıb

M.Ə.Rəsulzadə haqqında ingilis dilində kitab çıxıb

Tədqiqatçı-alim Nəsiman Yaqublunun Azərbaycanın görkəmli dövlət xadimi Məhəmməd Əmin Rəsulzadə haqqında ingilis dilində kitabı nəşr edilib. Kitabda M. Ə. Rəsulzadənin həyat və fəaliyyətinin əsas məqamlarının ümumi xronologiyası ilə yanaşı, çoxlu sayda foto və sənəd də oxuculara təqdim edilib. Müəllifin APA-ya verdiyi məlumata görə, kitabın ingilis dilində nəşr edilməsinin başlıca səbəbi M. Ə. Rəsulzadəni dünya ictimaiyyətinə daha geniş tanıtmaq, məlumat və bilgilər verməkdir. İngilis dilində nəşr edilmiş kitabın elektron versiyalarının müxtəlif ölkələrin arxivlərinin və kitabxanalarının kataloqlarına istifadə üçün salınacağı da nəzərdə tutulub. Kitabı ingilis dilinə T. Bağırlı tərcümə edib və ingiliscə redaktoru isə E. Mehdiyevdir. Kitab millət vəkili Elxan Süleymanovun prezidenti olduğu Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) layihəsi əsasında reallaşıb. Kitabın redaktoru V. Əlibəyovdur. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti