Meriyadakı yoxlamaların nəticələri parlamentə təqdim edildi

15:59 | 28.04.2014
Meriyadakı yoxlamaların nəticələri parlamentə təqdim edildi

Meriyadakı yoxlamaların nəticələri parlamentə təqdim edildi

Hesablama Palatasının Kollegiya iclası keçirilib. APA-nın verdiyi məlumata görə, iclasda dövlət büdcəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin Yasamal rayon Əhalinin Sosial Müdafiəsi  Mərkəzinə, dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinə və dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan və dövlət büdcəsinin ehtiyat fondlarından Bakı şəhərinin yenidənqurma və abadlıq işlərinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsinə dair həyata keçirilmiş audit tədbirlərinin nəticələri üzrə hesabatlar və rəylər müzakirə olunub. Eyni zamanda “Azərenerji” ASC-nin ölkədə elektrik enerjisinin təchizatı sisteminin yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikasının dövlət zəmanəti ilə beynəlxalq maliyyə-kredit təşkilatlarından, habelə Mərkəzi Bankdan aldığı kredit vəsaitlərinin istifadə vəziyyəti və onun kreditorlar və dövlət büdcəsi qarşısında öhdəliklərinin icrasına dair analitik tədbirin nəticələri üzrə analitik arayış  geniş müzakirə olunaraq  müvafiq qərarlar qəbul edilib. Müvafiq zəruri tədbirlərin görülməsi və nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün Kollegiya qərarının aidiyyəti dövlət qurumlarına göndərilməsi, eyni zamanda audit tədbirlərinin nəticələri barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Milli Məclisinə təqdim olunması qərara alınıb.Kollegiya iclasında dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan Zərdab  rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərdən istifadəyə və Vergilər Nazirliyi ilə birgə “Holcim (Azərbaycan)” tərəfindən dövlət büdcəsinin gəlirlərinin hesablanılması və dövlət büdcəsinə ödənilməsinin qanunvericiliyə uyğunluğuna dair audit proqramları müzakirə edilərək təsdiq olunub. Kollegiyada Palatanın cari fəaliyyəti ilə bağlı bir sıra məsələlər də müzakirə edilib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti