Mərkəzi bank iki beynəlxalq dayanıqlı şəbəkəni yaratmaq üzərində çalışır

15:52 | 31.07.2024
Mərkəzi bank iki beynəlxalq dayanıqlı şəbəkəni yaratmaq üzərində çalışır

Mərkəzi bank iki beynəlxalq dayanıqlı şəbəkəni yaratmaq üzərində çalışır

Azərbaycan Mərkəzi Bankı (AMB) Dayanıqı bankçılıq və maliyyə şəbəkəsi və Dayanıqlı maliyyə üzrə beynəlxalq  platforma yaradılması üzərində işləyir.  Hər iki platformanınyaradılması üzərində işin COP-29 ərəfəsində, yəni 2024-cü ilin sentyabr-oktyabr aylarında bitirmək planlaşdırılır. Bunu Mərkəzi Bankın baş direktoru Şahin Mahmudzadə bildirib.
 
Mahmudzadə həmçinin bildirib ki,  AMB yerli bazardan çox qlobal bazarda dayanıqlı maliyyəyə hansı töhfə verə biləcəyi üzərinə düşünür. 
 
"Bununla bağlı bizim bir təəbbüsümüz var. Hər ölkədə bir taksonomiya hazırlayır.  52 ölkənin taksinomiyası var və onlar arasında əlaqələr kortabeidir. Biz bütün ölkələri birləşdirəcək taksionomiya sisteminin yaradılması təşəbbüsü ilə çıxış etmək istəyirik. Bu məqsədlə Dayanıqı bankçılıq və maliyyə şəbəkəsi və Dayanıqlı maliyyə üzrə beynəlxalq platforma yaradılması üzərində işləyirik. Bunu COP-da təqdim etməyi planlayırıq",  -  Mahmudzadə deyib. 
 
Onun sözlərinə görə,  COP-la bağlı  3 istiqamətdə iş görülür.
 
Birinci Mərkəzi bankın öz gördüyü işlərdir. Bura daxili bazarda dayanıqlı maliyyə ilə bağlı infrastrukturun yaradılması, yaşıl  istiqraz, dayanıqlı maliyyə alətlərinin müəyyənləşdirilməsi  və onların hüquqi infrastrukturunun yaradılması daxildir.  
 
İkinci istiqamətə dayanıqlı maliyyə ilə bağlı bank sistemində  risk idarəedilməsi sistemlərinin formalaşdırılmas aid edilir.
 
ÜÇüncü istiqamətə hesabatlılıq formasının müəyyənləşdiriməsi daxildir. 
 
"AMB artıq  ümumilikdə ekosistemin dayanıqlı maliyyə alətlərinin istifadəsinə hazırlaşır.  2023-26-cı illər üçün  dayanıqlı yol xəritəsi çərçivəsində görülən işləri COP-29 ilə bağlı bir qədər də sürətləndirmişik",  - Mahmudzadə bildirib. 
 
Onun sözlərinə görə, kommersiya bankları və banklararası valyuta birjası ilə birlə COP tədbirlərində iştirakı təmin edəcək və  dayanıqlı maliyyəyə nə qədər investisiya ayrılacağı açıqlanacaq. 
 
N.Təbrizli
 

 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti