Mərkəzi Bankda yeni təyinat

16:33 | 20.04.2016
Mərkəzi Bankda yeni təyinat

Mərkəzi Bankda yeni təyinat

Leyla Nəbiyeva Azərbaycan Mərkəzi Bankının (AMB) Beynəlxalq əməkdaşlıq və kommunikasiya departamentinin direktoru təyin edilib.

ANN.Az-ın Trend-ə istinadən məlumatına görə, əvvəllər L.Nəbiyeva Prudensial siyasəti və metodologiya departamentinə rəhbərlik edib.

Sözügedən bu səlahiyyətlərin Maliyyə Bazarlarına Nəzarət Palatasına verilməsi ilə əlaqədar həmin departament ləğv edilib.

Ləğv edilmiş Maliyyə Monitorinqi Xidmətinin (Palatanın yaradılmasından sonra) rəisi Adışirin Qasımov AMB sədrinin ofisinin rəhbəri təyin edilib.

Bu vəzifələr vakant idi.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM