Smirnova yuxarıda göstərilən səbəbdən Rusiyanı tərk edən yeganə incəsənət xadimi deyil.
"Heç vaxt Rusiyadan utanacağımı düşünməmişdim, istedadlı rus şəxsiyyətlər, bizim mədəniyyət və idman nailiyyətlərimizlə həmişə fəxr etmişəm. Amma indi hiss edirəm ki, əvvəlki zamanı sonrakından ayıracaq xətt çəkilib. İnsanların öldürülməsinə baxmaq ağrılıdır. Adamlar evsiz qalır və ya evlərini tərk etməyə məcbur olurlar. Bu dözülməzdir", - 30 yaşlı prima deyib.
Hollandiya Milli Baleti də Smirnovanın dərhal şonların truppasında işə başladığını təsdiqləyib.
Olqa Smirnova Ukraynadakı müharibəyə etirazını bildirdikdən sonra Rusiyanı tərk edən və ya senzura ilə üzləşən yeganə rus mədəniyyət xadimi deyil.
Reper Feys (İvan Dremin) də ötən həftə İnstaqramda Rusiyanın Ukraynaya təcavüzü səbəbindən Rusiyanı həmişəlik tərk etdiyini və geri qayıtmayacağını yazıb.
Reper bundan sonra Rusiyada konsert verməyəcəyini bildirib. "Rusiyada bütün konsertlərim ləğv edilib. Hər çıxış üçün mübarizə aparmaqdan yorulmuşam, çox sağ olun, mən getdim", - Face deyib.
Tanınmış rusiyalı kino tənqidçi Anton Dolin martın 6-da ölkəni tərk etdiyini açıqlayıb.
"Biz getdik. Bir neçə səbəb var. Baxmayaraq ki, reallıqda yalnız biri var - Ukraynada Rusiya Federasiyası rəhbərliyinin başlatdığı kriminal müharibə. Onların bağladığı ölkədə, hətta öz və sevdiyim ölkədə yaşamaq mümkün deyil. Yeganə mübarizə silahımızın söz olduğu halda ağzımızın tıxandığı ölkədə yaşaya bilmərik", - Dolin teleqram kanalında yazıb.
Daha sonra Dolin artıq "Art of Cinema” jurnalının baş redaktorluğundan istefa verdiyini və "Kino-Art” şoularında iştirak etməyəcəyini açıqlayıb.
Rusiyanın Ukraynadakı hərbi əməliyyatına etiraz olaraq vəzifəsini ilk tərk edənlərdən biri Teatr və Mədəniyyət Mərkəzinin direktoru Elena Kovalskaya olub.
Fevralın 24-də, işğal günü o, Facebook səhifəsində vəzifəsindən istefa verdiyini, lakin başladılan işləri könüllü qismində sona çatdıracağını yazıb.
Onun tutduğu vəzifə hələ də vakandır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !