Məşhur əfqan kinorejissor Sahra Kərimi üç ölkənin köməkliyi ilə Əfqanıstan çıxarılıb.
Bu barədə Səhra Kərimi öz rəsmi tvitter hesabında məlumat paylaşıb.
"Sağam və təhlükəsiz yerdəyəm”, - deyə məşhur kinorejissor yazıb. Rejissor həmçinin ona ölkədən çıxmağa kömək edən Türkiyəyə, həmin dövlətin səfirliyinə, Ukrayna hökuməti, Xarici İşlər Nazirliyinə və Slovakiyaya təşəkkürünü bildirib.
Qeyd edək ki, "Taliban” hərəkatı Əfqanıstanın bütün ərazisinə nəzarəti ələ keçirdikdən sonra bir çox əfqan kimi Sahra Kərimi də öz həyatı üçün təhlükə yarandığını hiss edib. O, öz sosial media hesablarında Əfqanıstan küçələrində yaşanan qorxunu bütün dünyaya göstərmişdi və "Bizi öldürməyə gəlirlər”,- deyə qeyd etmişdi. Bunun ardınca səfirliklər və beynəlxalq qurumlar məşhur kinorejissorun və daha 11 nəfərin Kabildən qaçmasına kömək edib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !