Məşhur rejissor xəstəxanadan çıxdı

10:48 | 29.01.2015
Məşhur rejissor xəstəxanadan çıxdı

Məşhur rejissor xəstəxanadan çıxdı

Görkəmli rus kinorejissoru, SSRİ xalq artisti Eldar Ryazanov xəstəxanadan evə yazılıb.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, 87 yaşlı kinorejissorun vəziyyəti yaxşıdır. Elə bu səbəbdən həkimlər onu xəstəxanadan evə yazıblar.

Xatırladaq ki, 2014-cü il noyabrın 24-dən Burdenko adına xəstəxanada beyin qan dövranının pozulması diaqnozu ilə müalicə alan Eldar Ryazanov uzun müddət reanimasiyada ağır vəziyyətdə olub. Həkimlər kinorejissorun vəziyyətinin kritik olduğunu desələr də, yanvarın əvvəlindən Eldar Ryzanovun sağlıq durumu yaxşılığıa doğru düzəlməyə başlayıb.
Eldar Ryzanov zəmanəsinin ən böyük rejissorlarından biri sayılır. Yaradıcılığı boyu 20 film çəkən rejissorun bütün filmləri kinomanlarar tərəfindən yüksək qiymətləndirilib.
Kinorejissorun ən məşhur filmləri "Karnaval gecəsi", "Qusar balladası", "Avtomobildən özünü qoru", "İşdə məhəbbət macərası", "Qaraj", "İki nəfər üçün vağzal" , "Təsadüfi görüş və ya həmişə təmizlikdə" və s. filmlər sayılır.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM