Məşhur şirkət İTV-ni məhkəməyə verdi

16:07 | 28.04.2014
Məşhur şirkət İTV-ni məhkəməyə verdi

Məşhur şirkət İTV-ni məhkəməyə verdi

Beynəlxalq daşımaçılıqla məşğul olan “Blue Water Shipping Caspian Ltd” şirkəti İctimai Televiziya və Radio Yayımları şirkətini məhkəməyə verib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, daşımaçılıq şirkəti “İctimai Televiziya və Radio Yayımları” şirkətindən gördüyü iş müqabilində pul tələb edir.Tərəflərin mübahisəsinə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.Qeyd edək ki, “Blue Water Shipping Caspian Ltd” baş ofisi Danimarkada olan məşhur daşımaçılıq şirkətidir. Şirkətin dünyanın müxtəlif ölkələrində, o cümlədən Azərbaycanda nümayəndəliyi fəaliyyət göstərir. İctimai Televiziya və Radio Yayımları şirkətinin LTD ilə borc mübahisəsinin İsmayıl Ömərov, yoxsa indiki rəhbərlik dövründə yarandığı bilinmir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti