Messi tarixi rekordun astanasında

20:02 | 26.08.2014
Messi tarixi rekordun astanasında

Messi tarixi rekordun astanasında

"Barselona"nın futbolçusu Lionel Messinin yeni rekord vurmağa çox yaxındır.

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, son olaraq La Liqanın ilk turunda "Elçe" ilə matçda dubl edən argentinalı hücumçu altı qol da vuracağı təqdirdə, La Liqa tarixinin ən çox qol vuran futbolçusu olacaq. Messi indiyə kimi İspaniya çempionatında 245 dəfə fərqlənib.

Qeyd edək ki, hazırda ölkə çempionatı tarixində ən çox qol vuran futbolçular siyahısına 1940-1955-ci illərdə "Atletik"də (Bilbao) oynayan Telmo Zarra başçılıq edır (251 qol).

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb