Məsud Bərzani terrorçu PKK-nı ittiham etdi

21:54 | 16.12.2015
Məsud Bərzani terrorçu PKK-nı ittiham etdi

Məsud Bərzani terrorçu PKK-nı ittiham etdi

Nə siz, nə də başqası nə istədiyinizi, nəyin ardınca düşdüyünüzü, kim tərəfindən qabağa çıxarıldığınızı bilmirsiz

"Kürd xalqına sizlər problemlər yaratdınız".

"Report" "Al Jazeera"ya istinadən xəbər verir ki, bunu İraqın şimalındakı muxtar hökumətin başçısı Məsud Bərzani "Kürdüstan Demokrat" Partiyasının (KDP) toplantısında terrorçu PKK və "KCK" ("Kürdlərin İcmaları Birliyi") liderlərinə müraciətində bildirib.

"KDP sizin yürütdüyünüz yanlış siyasətin əvəzini ödəyir. Bundan artıq nə etməlidir? Nə siz, nə də başqası nə istədiyinizi, nəyin ardınca düşdüyünüzü, kim tərəfindən qabağa çıxarıldığınızı bilmirsiz. Kürd xalqına problem yaradıb, mane olmaqdan başqa nə etdiniz? Niyə probleminizi Türkiyə ilə həll etmirsiniz? Əgər Türkiyəyə qarşı gedə bilmirsinizsə, onda niyə bizə (İraqın şimalındakı muxtar bölgəni nəzərdə tutur - "Report") problem yaradırsız? ", - o vurğulayıb.

Məsud Bərzani terrorçu PKK və "KCK"nı  İraqın şimalındakı muxtar bölgədə 500, Türkiyədə isə bir çox kəndi dağıtmaqda ittiham edib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb