Mətanət Əzizovanın əmlakına həbs qoyuldu

21:16 | 01.08.2014
Mətanət Əzizovanın əmlakına həbs qoyuldu

Mətanət Əzizovanın əmlakına həbs qoyuldu

Respublika  Prokurorluğunun Ağır cinayətlərə dair istintaq idarəsi Qadın Krizis mərkəzinin rəhbəri Mətanət Əzizovanın əmlakına həbs qoydurub.Publika.az-a daxil olan məlumata görə, adıçəkilən idarə bu iddia ilə Nəsimi rayon məhkəməsinə müraciət edib. Məhkəmə isə idarənin iddiasını təmin edib.Qeyd edək ki, Mətanət Əzizovanın adı Rauf Mirqədirov, Leyla və Arif Yunusovların işində hallanır.Ötən gün MTN və Baş Prokurorluğun birgə yaydığı bəyənatda Leyla və Arif Yunusovların ermənilərə casusluq etmək üçün başqa şəxsləri də bu işə cəlb etdiyi deyilirdi.

ANN.Az

 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM