Metro keçidlərində ticarət obyektlərinin söküntüsünə başlanacaq

13:58 | 12.03.2014
Metro keçidlərində ticarət obyektlərinin söküntüsünə başlanacaq

Metro keçidlərində ticarət obyektlərinin söküntüsünə başlanacaq

Bu gün Bakı Metropoliteninin binası qarşısında etiraz aksiyasına cəhd olunub.  APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, “Elmlər Akademiyası” stansiyasının qarşısında etiraz aksiyası keçirməyə cəhd edənlər metro ərazisində, keçidlərdə ticarət obyektlərinin söküləcəyi barədə xəbərdarlıq edilmiş şəxslər olub. Polis aksiya cəhdinin qarşısını alıb. Hazırda narazı şəxslər Bakı Metropolitenin rəhbərliyi tərəfindən qəbul olunub. Qəbulda iştirak edənlərin APA-nın əməkdaşına verdikləri məlumata görə, görüşdə onlara metropoliten ərazisindəki söküntü işlərinə martın 27-dən başlanacağı bildirilib. İlkin olaraq kassalarının yaxınlığında yerləşən obyektlər, daha sonra keçidlərdəki ticarət köşkləri söküləcək. Martın 27-dək isə sahibkarlardan icarə haqqı alınmayacaq. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM