Metro qarşısındakı aksiya cəhdinin qarşısı alınıb - YENİLƏNİB - FOTOLAR

14:30 | 12.03.2014
Metro qarşısındakı aksiya cəhdinin qarşısı alınıb - YENİLƏNİB - FOTOLAR

Metro qarşısındakı aksiya cəhdinin qarşısı alınıb - YENİLƏNİB - FOTOLAR

Metro ərazisində, keçidlərdə ticarət obyektləri söküləcək şəxslərin aksiya keçirmək cəhdinin qarşısı alınıb. APA-nın hadisə yerində olan əməkdaşının məlumatına görə, polis onların yolu bağlamaq cəhdinin qarşısını alıb, aksiya iştirakçılarını ərazidən uzaqlaşdırıb.***** Metroda dükanları söküləcək şəxslər Elmlər Akademiyası Stansiyasında növbəti aksiya keçirməyə başlayıblar.Bu barədə “Axar.az”a aksiya iştirakçıları məlumat verib.Aksiyaya Bakının bütün metro stansiyalarında dükanları olan şəxslərin toplaşdığı deyilir. Hazırda Elmlər Akademiyası metro stansiyası daxilində və xaricində polislərin toplaşdığı bildirilir. Onların hətta metro vaqonlarında da göründüyü qeyd edilir. Polislərin Elmlər Akademiyası metro stansiyası yaxınlığında toplaşan şəxsləri aksiya təhlükəsi ilə əlaqədar dağıtmağa çalışdığı da söylənilir.
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM