Metro ticarətçiləri aksiyası keçirir - VİDEO+FOTO (YENİLƏNİB)

12:50 | 11.03.2014
Metro ticarətçiləri aksiyası keçirir - VİDEO+FOTO (YENİLƏNİB)

Metro ticarətçiləri aksiyası keçirir - VİDEO+FOTO (YENİLƏNİB)

Metronun "Elmlər Akademiyası" stansiyasının keçidlərində olan mağazaların fəaliyyətinin dayandırılmasına satıcılar etiraz edir.
7/24news-un hadisə yerində olan müxbirinin məlumatına görə,satıcılar bildiriblər ki, səhər saatlarında onlara mağazaları açmamaq,satışı dayandırmaq tapşırılıb.
Musavat.com-un reportyoru Fərahim İlqaroğlunun hadisə yerindənverdiyi xəbərə görə, satıcılardan bir neçəsinin Metropoliten rəsmiləriləgörüşdüyü vaxt polislər beş-altı fəallıq edən satıcını saxlayaraq polisbölməsinə aparıblar. 
Xeberdar.az-ın məlumatına görə, hazırda metronun "ElmlərAkademiyası" stansiyasına ticarətçilər hücum edib. Onlar öz ticarətobyektlərinin əllərindən alınması ilə bağlı etiraz edirlər.
"Gənclik" metrosundan "Koroğlu"ya qədər olan bütün stansiyalarda ticarət obyektlərinin sökülməsi ilə bağlı göstəriş verilib.
Musavat.com-un reportyorubildirir ki, satıcılar hazırda işlədikləri yerə almaq üçünMetropolitenin əvvəlki rəisi Tağı Əhmədova 1500 manat pul verdiklərinideyib, heç olmasa həmin pulun onlara qaytarılmasını tələb ediblər.

ANN.Az

***

12:02

Ticarətçilər Bakı metropoliteninə hücum edib.

 “Xeberdar.az”ın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə hal-hazırda Metronun Elmlər Akademiyası stansiyasına ticarətçilər hücum edib. Onlar öz ticarət obyektlərinin əllərindən alınması ilə bağlı etiraz edirlər. Gənclik metrosundan Əzizbəyova qədər olan bütün stansiyalarda ticarət obyektlərinin sökülməsi ilə bağlı göstəriş verilib. Ticarətçilər aylıq 900 manata qədər kirayə haqqını ödədiklərini və yanvar ayından 1500 manat tikinti üçün pul verdiklərini deyiblər. Lakin indi onların ticarət obyektləri əllərindən alınır. Buna etiraz olaraq onlar Elmlər Akademiyası metrosunda toplaşıblar. Elmlər Akademiyası metrosu hal-hazırda polis nəzarətinə götürülüb. Hadisə ilə bağlı ətraflı məlumat veriləcək.ANN.Az

 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM