Metroda qəzet satışı ilə bağlı rəsmi açıqlama

14:27 | 27.11.2013
Metroda qəzet satışı ilə bağlı rəsmi açıqlama

Metroda qəzet satışı ilə bağlı rəsmi açıqlama

"Tağı Əhmədov özü də qeyd etdi ki, o, icraçıdır və bu məsələ onun səlahiyyətlərinə aid deyil. Nə vaxt göstəriş verilsə, qəzet satışı da o vaxt bərpa olunacaq”. 

Bu sözləri “Axar.az”a açıqlamasında Bakı Metropoliteninin mətbuat katibi Nəzakət Tarıverdiyeva metropolitan ərazisində qəzet satışının bərpa olunub-olunmayacağı barədə sualı cavablandırarkən dedi.

Xatırladaq ki, bir müddət əvvəl metro keçidlərində qəzet, kitab və jurnal satışı dayandırdı. Bakı Metropoliteni buna səbəb kimi “Metro-Servis”in müqaviləni pozaraq, fəaliyyətini dayandırmasını əsas göstərdi. “Metro-Serviz”in direktoru Bəkir Cəfərov isə şirkətin təsisçisinin Tağı Əhmədov olduğunu və fəaliyyətin də onun iradəsi ilə dayandırıldığını açıqladı.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM