“Microsoft”un yeni təhlükəsizlik sistemi

15:40 | 05.07.2017
“Microsoft”un yeni təhlükəsizlik sistemi

“Microsoft”un yeni təhlükəsizlik sistemi

"Microsoft Research”ın Asiyada yerləşən bölməsində çalışan mütəxəssislər tərəfindən hazırlanmış süni intellektə əsaslanan yeni təhlükəsizlik sistemi ev sahiblərini kamera qarşısında baş vermiş qeyri-adi hadisələr haqda xəbərdar edir.

anews.az AZƏRTAC-a istinadən xəbər verir ki, müasir kameralar hərəkətə reaksiya verə bilir, amma sistemdə qeydə alınan yazılar həddən artıq çoxdur. Ev sahibləri üçün böyükhəcmli informasiya arasında baş verənləri müəyyən etmək çətindir.

"Microsoft” tərəfindən hazırlanmış texnologiya kamera qarşısında baş verən qeyri-adi hadisələr haqda xəbərdar etmək qabiliyyətinə malikdir. Baş vermiş hadisə kifayət qədər vacib olduğu halda sistem ev sahiblərini xəbərdar edir.

Yeni metodun əsasını yüksək dəqiqliklə işləyən neyron şəbəkəsi təşkil edir. Bu neyron şəbəkəsi obyektləri tanıyır, onları izləyir və müəyyən hadisələri qeydə alır. Məsələn, insan büdrəyərək yerə yıxıldığı halda neyron şəbəkəsi bunu qeyri-adi hadisə sayaraq ev sahibinə çatdırır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb