Mikayıl Cabbarov: Layiqli vətəndaş yetişdirməliyik

16:35 | 07.09.2015
Mikayıl Cabbarov: Layiqli vətəndaş yetişdirməliyik

Mikayıl Cabbarov: Layiqli vətəndaş yetişdirməliyik

Sentyabrın 7-də Təhsil Nazirliyində Bakı şəhərində yerləşən ümumi təhsil məktəblərinə yeni təyin olunmuş direktorlarla görüş keçirilib.

Təhsil Nazirliyindən Oxu.Az-a verilən məlumata əsasən, tədbirdə nazir Mikayıl Cabbarov da iştirak edib.

Bildirilib ki, 2015-ci ilin sentyabr ayında Bakı şəhəri üzrə 24, digər şəhər və rayonlar üzrə 104 ümumtəhsil məktəbinə yeni direktor təyin olunub.

Bununla, son bir ildə ölkə üzrə ümumtəhsil məktəblərinə yeni təyin olunan direktorların sayı 357 nəfərə çatıb.

Nazir M.Cabbarov yeni direktorları təbrik edərək, onlara böyük ümidlər bəsləndiyini qeyd edib:

"Qeyri-sağlam mühitdə sağlam vətəndaş formalaşa bilməz. Biz hazırlıqlı və layiqli vətəndaş yetişdirməliyik. Təhsilalanın, valideynin, ümumilikdə, cəmiyyətin fikri sizin fəaliyyətinizin nəticəsi olaraq formalaşır.

Bunun üçün də ikitərəfli əlaqəyə, sağlam əsaslı valideyn komitələri vasitəsilə cəmiyyətlə yaradılan ünsiyyətə böyük ehtiyac var”.

Nazir son 3 ildə ölkə təhsilində akademik göstəricilərinin xeyli yaxşılaşdığını, ali təhsil müəssisələrinə qəbulda orta balın əhəmiyyətli dərəcədə artdığını da vurğulayıb

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM