Mikayıl Cabbarovdan məktəbli qıza şad xəbər

13:08 | 21.02.2014
Mikayıl Cabbarovdan məktəbli qıza şad xəbər

Mikayıl Cabbarovdan məktəbli qıza şad xəbər

Bakı şəhəri Səbail rayonu 7 nömrəli tam orta məktəbin XI sinif şagirdi Əminə Əmirxanlının “Sabahın alimləri” III respublika müsabiqəsindən haqsız olaraq kənarlaşdırıldığı barədə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə göndərdiyi müraciətə baxılıb.Təhsil Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Əminə Əmirxanlının müraciəti 19 fevral 2014-cü il tarixində nazirlikdə müzakirə edilib.Müzakirə nəticəsində məlum olub ki, Əminə Əmirxanlı nə münsiflər, nə də təşkilatçılar tərəfindən müsabiqədən kənarlaşdırılmayıb. Münsiflər heyəti tərəfindən onun “Metilen aktiv birləşmələrinin aril hidrozonlarına əsaslanan molekulyar açarları” adlı layihəsi 46,7 balla qiymətləndirilib.Nazirlik bildirib ki, Ə.Əmirxanlının layihəsində plagiat olub-olmaması məsələsinə də baxılıb. Münsiflərin rəyinə görə, Azərbaycan dilində təqdim olunan posterdə Ə.Əmirxanlı istifadə etdiyi elmi ədəbiyyata istinad verməyib. Lakin sonradan münsiflər layihənin müsabiqənin Təşkilat Komitəsinə təqdim olunan və ingilis dilində yazılan variantları ilə tanış olub və müvafiq istinadların olduğunu müəyyən ediblər.Beləliklə, layihədə plagiatın olmaması barədə qərar qəbul edilib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM