NİİM-in Nəqliyyat Nazirliyindən alınıb DİN-ə verilməsi təklif edildi

14:45 | 20.10.2015
NİİM-in Nəqliyyat Nazirliyindən alınıb DİN-ə verilməsi təklif edildi

NİİM-in Nəqliyyat Nazirliyindən alınıb DİN-ə verilməsi təklif edildi

Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin Nəqliyyat Nazirliyindən alınıb Daxili İşlər Nazirliyinə verilməsi təklif olunub.

APA-nın məlumatına görə, belə bir təşəbbüslə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli çıxış edib.

O bildirib ki, onsuzda bu mərkəzdə toplanan məlumatlar DİN-ə ötürülür və bu qurumun DİN-ə verilməsi nəqliyyat sektorunda son vaxtlar aparılan islahatlara öz töhfəsini verəcək: "Hesab edirik ki, hökumət bunu yaxın zamanlarda müzakirə edib qərar verəcək”.
 
Ə. Hüseynlinin təklifinə deputat Adil Əliyev də dəstək verib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM