Milli Məclis yaşlı deputatlarla vidalaşacaq

15:23 | 07.11.2014
Milli Məclis yaşlı deputatlarla vidalaşacaq

Milli Məclis yaşlı deputatlarla vidalaşacaq

2015-ci ildə Azərbaycanda  parlament seçkiləri keçiriləcək. 125 deputat postu uğrunda qızğın mübarizə gedəcəyini indidən proqnozlaşdırmaq olar. Seçkilər öncəsi bir çox fikirlər, suallar səslənir: kimlər ikinci, üçüncü, hətta beşinci dəfə deputat kürsüsündə əyləşəcək, parlamentdə yeni simalar kimlər olacaq?

Bu səbəbdən də hazırkı deputatlar və ilk dəfə deputat seçilməyin sevincini yaşamaq arzusunda olanlar siyasi həyatda fəal mübarizə üsulunu seçəcəklər. Siyasi meydanda rəqib siyasətçilər mandat uğrunda mübarizə aparacaq.

Növbəti 5 il üçün hazırkı deputatlardan kimlərin yenidən mandat əldə edəcəyi, yaxud da deputat postu ilə vidalaşacağı bir çox suallar yaradır.

ANN.Az Modern.az-a istinadən bildirir ki, artıq Milli Məclisdəki yaşlı deputatlar növbəti seçkilərdə iştirak etməməmələri barədə məlumatlandırılıblar. Çox az sayda yaşlı deputat növbəti seçkilərdə iştirak edəcək.

Deputat mandatı ilə vidalaşacaq şəxslərə müəyyən vəzifələrin veriləcəyi də gözlənilir.

Növbəti parlament seçkilərində YAP-ın hansı məsələlərə üstünlük verəcəyi ilə bağlı suala cavab tapmaq üçün partiyanın icra katibinin müavini, deputat Siyavuş Novruzova müraciət etdik.

O, hazırda bələdiyyə seçkiləri ilə məşğul olduqlarını dedi: “Parlament seçkilərinə hələ çox var. İndidən bu barədə danışmaq tezdir”.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM