Milli Məclisdən sərt cəza

14:21 | 06.12.2013
Milli Məclisdən sərt cəza

Milli Məclisdən sərt cəza

Azərbaycanda dövlət qeydiyyatına alınmayan, dövlət reyestrinə daxil edilməyən xarici ölkələrin qeyri-kommersiya təşkilatlarının filial və nümayəndəliklərinin fəaliyyəti qadağan ediləcək.APA xəbər verir ki, Milli Məclisdən verilən məlumata görə, bununla bağlı “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunun 4.1-ci maddəsinə xüsusi əlavə edilir.Edilən əlavəyə görə, xarici dövlətlərin qeyri-kommersiya təşkilatlarının filial və ya nümayəndəliklərinin dövlət qeydiyyatına alınmadan və dövlət reyestrinə daxil edilmədən fəaliyyət göstərməsi qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olacaq.Sənəd cari sessiyada müzakirəyə çıxarılacaq.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM