​Milli Məclisin 6 deputatının namizədliyi qeydə alınıb - SİYAHI

16:35 | 21.09.2015
​Milli Məclisin 6 deputatının namizədliyi qeydə alınıb - SİYAHI

​Milli Məclisin 6 deputatının namizədliyi qeydə alınıb - SİYAHI

 Milli Məclisin hazırki üzvlərindən 6 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

"Report"un məlumatına görə, 3 saylı Babək-Kəngərli-Naxçıxan seçki dairəsindən Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri Səttar Mehbaliyevin (bitərəf), 10 saylı Binəqədi üçüncü seçki dairəsindən Madər Musayevin (bitərəf), 20 saylı Nərimanov ikinci seçki dairəsindən Adil Əliyevin (bitərəf), 35 saylı Xətai üçüncü seçki dairəsindən Ümid Partiyasının sədri İqbal Ağazadənin, 52 saylı Quba seçki dairəsindən Vahid Əhmədovun (bitərəf), 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən hakim Yeni Azərbaycan Partiyasının namizədi Astan Şahverdiyevin deputatlığa namizədliyi qeydiyyata alınıb.

Qeyd edək ki, bu ilin noyabrın 1-də Azərbaycanda parlament seçkiləri keçiriləcək. Ümumilikdə, indiyədək 19 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM