Milli Məclisin deputatı MDB PA-nın komissiya iclasında iştirak edib

Milli Məclisin deputatı, Müstəqil Dövlətlər Birliyinin Parlament Assambleyasının Mədəniyyət, informasiya, turizm və idman məsələləri Daimi komissiyasının sədr müavini Rauf Əliyev komissiyanın mayın 18-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində keçirilən iclasında iştirak edib.
İclasda bir sıra model qanun layihələrin o cümlədən "Rəqəmsal media mühitində elektron kommunikasiyalar haqqında”, "Televiziya və radio yayımı haqqında”, "Xeyriyyəçilik haqqında” və digər model qanun layihələri, o cümlədən bir sıra digər məsələlər müzakirə olunub.
İclasda MDB PA-nın nəzdində Mədəniyyət üzrə Ekspert şurasının yaradılması barədə qərar qəbul edilib.
www.anews.az