Milli Məclisin sədr müavinləri onlar oldu

12:53 | 23.09.2024
Milli Məclisin sədr müavinləri onlar oldu

Milli Məclisin sədr müavinləri onlar oldu

Deputat Əli Əhmədov Milli Məclisin birini müavini, deputatlar Ziyafət Əsgərov, Musa Qasımlı və Rafael Hüseynov sədrin müavinləri seçiliblər. Bu barədə Milli Məclisin bu gün keçirilən iclasında qərar qəbul edilib. 
 
VII çağırış Milli Məclisin sədri Sahibə Qafarova seçilib. 
 
Bundan əvvəlki çağırış Milli Məclisin birinci müavini Əli Hüseynli, sədr müavinləri isə Adil Əliyev və Fəzail İbrahimli olub. 
 
Adil Əliyev hazırda Suraxanı icra hakmiyyətinin başısı kimi fəaliyyətin davam etdirir. Əli Hüseynli və Fəzail İbrahimli isə VII çağırış parlamentində deputat kimi fəaliyyətlərini davam etdiricəklər. 
 
VII çağırış Parlamentində sədr müavinlərinin sayı artırılıb. 
 
Azərbaycanda sentyabrın 1-də növbədənkənar parlament seçkiləri keçirilib. Seçkilərdə hakim partiya 68 namizədi ilə qalib gəlib. 
 
Gülnar 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür