Milli Məclisin vitse-spikeri Razi Nurullayevi bələdiyyələrin fəaliyyəti ilə bağlı çıxışına görə tənqid edib

13:39 | 08.05.2020
Milli Məclisin vitse-spikeri Razi Nurullayevi bələdiyyələrin fəaliyyəti ilə bağlı çıxışına görə tənqid edib

Milli Məclisin vitse-spikeri Razi Nurullayevi bələdiyyələrin fəaliyyəti ilə bağlı çıxışına görə tənqid edib

Milli Məclisin vitse-spikeri Fəzail İbrahimli deputat Razi Nurullayevi bələdiyyələrin fəaliyyəti ilə bağlı çıxışına görə tənqid edib.


APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında ikinci oxunuşda müzakirəyə çıxarılan "İstehsalat və məişət tullantıları haqqında”, "Heyvanlar aləmi haqqında”, "Ekoloji təhlükəsizlik haqqında”, "Bələdiyyələrin su təsərrüfatı haqqında” və "Ətraf mühitə dair informasiya almaq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı vitse-spiker Fəzail İbrahimli Razi Nurullayevi danışarkən diqqətli olmağa çağırıb: "Fikirlərinizdə diqqətli olun. Mənim 20 illik  siyasi fəaliyyətim də bələdiyyələrlə bağlı olub. Sizin bu çıxışınız bələdiyyələrin fəaliyyətinə bütövlükdə kölgə salır. Eyni zamanda mənim də fəaliyyətimə. Danışanda bir az diqqətli olun”. 


F. İbrahimli deyib ki, bələdiyyələrlə bağlı olan qüsur və nöqsanlar daim gündəmə gətirilib: "Onların aradan qaldırılması üçün təkliflər vermişik. Bu sahədə müəyyən addımlar atılıb. Azərbaycanın siyasi həyatında bələdiyyələrin öz yolu, mövqeyi var. Qüsurlar, nöqsanların  üzərinə gedən deputatlar da var. Bələdiyyələrin 20 illik fəaliyyətinə kölgə salmaq, hamısını rüşvətdə təqsirləndirmək insan hüquqlarının pozulmasıdır. Yaxşı işçilərin fəaliyyətinə qara yaxmaqdır”.



Qeyd edək ki, deputat Razi Nurullayev Milli Məclisin bu gün keçirilən iclasında bələdiyyə işçilərinin fəaliyyətini tənqid edib. O deyib ki, 1999-2009-cu illərdə bələdiyyəyə  seçilənlər torpaqları satıblar. Bu müddət ərzində bələdiyyələrin fəaliyyəti yoxlanmalı və ciddi həbslər olmalıdır.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb