Milli Məclisin xüsusi iclasının vaxtı açıqlandı

15:00 | 26.01.2018
Milli Məclisin xüsusi iclasının vaxtı açıqlandı

Milli Məclisin xüsusi iclasının vaxtı açıqlandı

Milli Məclisin Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin yaranmasının 100 illik yubileyi münasibətilə keçirəcəyi xüsusi iclasının vaxtı məlum olub.

AzVision.az xəbər verir ki, iclas iyun ayının 8-də keçiriləcək. Xüsusi iclasda xarici ölkələrdən qonaqlar da iştirak edəcək.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev ötən il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında sərəncam imzalayıb. Sərəncamla Milli Məclisə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin yaranmasının 100 illik yubileyi münasibətilə xüsusi iclasın keçirilməsi tövsiyə edilib.

Prezident İlham Əliyev, həmçinin bu ilin yanvarın 10-da 2018-ci ilin Azərbaycan Respublikasında "Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında sərəncam imzalayıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb