Milli Parkda söküntü işləri başlayıb - RƏSMİ

12:20 | 23.11.2015
Milli Parkda söküntü işləri başlayıb - RƏSMİ

Milli Parkda söküntü işləri başlayıb - RƏSMİ

Milli Parkda Abdulla Şaiq adına Kukla Teatrının yaxınlığında yerləşən karusel sökülür. 

Bunu Trend-ə Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov bildirib.

Onun sözlərinə görə, gələcəkdə sökülən karuselin yerində uşaqlar üçün əyləncə mərkəzinin tikintisi nəzərdə tutulur. Amma hələlik bu barədə konkret qərar yoxdur: "Həmin ərazidə yerləşən karuselin istismar müddəti başa çatıb. Karusel 30 il fəaliyyət göstərib. Amma indi köhnə olduğu üçün ona tələbat yoxdur”.

Rəis müavini Milli Parkda "Bakı İdman Sarayı”nın yanında bir neçə ildir aparılan tikinti işləri ilə də bağlı açıqlama verib: "Həmin ərazidə bir neçə mərtəbəli yeni ticarət və əyləncə mərkəzi tikilir".

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM