Milli qəhrəmanın qızından pul alınmayacaq – Rektor qərar verdi

17:26 | 02.07.2014
Milli qəhrəmanın qızından pul alınmayacaq – Rektor qərar verdi

Milli qəhrəmanın qızından pul alınmayacaq – Rektor qərar verdi

Xəbər verdiyimiz kimi, ötən gün portalımızda “Odlar Yurdu” Universitetində təhsil alan Milli Qəhrəman İsgəndər Aznaurovun qızı Adolat Aznaurovanın universitetə olan 2 min borcunu ödəmədiyi üçün dövlət imtahanına buraxılmaması ilə bağlı xəbər vermişdik.
Məsələnin mətbuatda geniş səs-küyə səbəb olmasından sonra rektor Əhməd Vəliyev bu gün Adolat Aznaurovanı qəbul edib.
Adolat Aznaurovanın azxeber.com-a veridiyi məlumata görə rektor onun imtahana buraxılmaması üçün verdiyi tapşırığı ləğv edərək, 2 min AZN-ni istəməyib.
“Rektorun qəbulundan indi çıxdım. O mənə dövlət imtahanına buraxılacağımı dedi. Təhsilim üçün əvvəl tələb edilən 2 min AZN-nin isə ləğv edildiyini dedi”.
Xatırladaq ki, Əhməd Vəliyev ötən gün açıqlamasında tələbənin kəsirlərinin olduğu üçün imatahana buraxılamdığını demişdi:
“Əvvəla onu deyim ki, bizim universitetdə “Beynəlxalq münasibətlər” fakültəsinin illik ödənişi 4000 AZN-dir. Onlar ABU-da “köçürmə” ilə bizə gəldikləri üçün onlara güzəşt edilib və 2000 AZN ödəniş istənilir. Mən çalışıram ki, hamıya hörmət edim. Əgər tələbə digər imtahanlarında kəsri varsa? o zaman onun Milli Qəhrəman qızı olması bizim üçün fərq etmir. Ola bilsin ki, onun kəsrləri olduğu üçün dövlət imtahanına buraxılmayıb. Mən bu məsələni araşdıracam”.
Adolat Aznaurova isə bundan sonra portalımıza verdiyi müsahibədə, heç bir kəsirinin olmadığını onu ödəniş etmədiyi üçün dövlət imtahanına buraxılmadığını demişdi.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM