"Milli səhər yeməyi menyusuna bəzi Avropa ölkələri etiraz etdi" - Tahir Əmiraslanov

12:58 | 28.04.2015

"Milli səhər yeməyi menyusuna bəzi Avropa ölkələri etiraz etdi" - Tahir Əmiraslanov

12-28 iyun tarixlərində Bakıda keçiriləcək I Avropa Oyunları zamanı bütün hotellərdə Azərbaycan mətbəxinə məxsus səhər yeməyi olacaq. Bu açıqlamanı Milli Kulinariya Mərkəzinin sədri Tahir Əmiraslanov bu gün keçirdiyi mətbuat konfransında verib.

ANN.Az xəbər verir ki, artıq bununla bağlı Milli Kulinariya Mərkəzi səhər yeməyi reseptini Mədəniyyət və Turizm Nazirliyinə təqdim edib və qurum onu təsdiqləyib. 

T.Əmiraslanov qeyd edib ki, səhər yeməyinin Azərbaycan mətbəxinə məxsus olması bəzi Avropa ölkələrinin xoşuna gəlməyib. Mərkəz rəhbəri bunu paxıllıq, milli yemək mədəniyyətimizə həsəd kimi dəyərləndirib. 

Mətbuat konfransında jurnalistlər Azərbaycanda keçirilən tədbirdə qonaqlara sadəcə səhər yeməyi menyusunun təklif olunmasını az hesab edib və bunun səbəbi T.Əmiraslanovdan soruşulub. Mərkəz rəhbəri vurğulayıb ki, belə mötəbər beynəlxalq tədbirdə bütün hotellərdə tək səhər yeməyinin milli olması və milli yeməklərimizin menyusunun təklif olunması böyük nəticədir.

Orxan Aslanlı



www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM