Festivalın
təşkilatçıları Gədəbəy RİH, Türkiyənin
TİKA təşkilatı, Cavadxan Tarix və Mədəniyyət Fondudur. Hazırda festivalın keçiriləcəyi ərazidə son
tamamlanma işləri aparılır.
Festival
əsasən 3 hissədən ibarətdir: mədəni etnoqrafik, milli yaylaq oyunları, eko-etno
turizm. Festivalda 12 çadır qurulacaq. Rəsmi
hissəsi 26-28 iyulda baş tutacaq
festivaldan sonra həmin çadırlar qonaqlara icarəyə veriləcək. Çadırlara - "Xan yurdu”, "Süvarilər” , "Vəzir yurdu”, "Xatunlar”, "Sərkərdələr”, "Sənətkarlar”. "Ərənlər”, "Ozanlar” və s. kimi simvolik adlar verilib. Hər bir çadır adına
uyğun bəzədiləcək.
Festival ərzində Gədəbəyin məşhur yerlərinə
ekskursiyalar, səyahətlər təşkil
olunacaq. Festivalda iştirak pulsuzdur. Qonaqlar
etnoqəsəbədə öz çadırlarını pulsuz qura və yemək bişirə bilərlər.
Yalnız festivalın təşkilatçıları tərəfindən qurulan çadırlar və verilən
yeməklər ödənişli olacaq. Etnoqəsəbədə
gecələmək haqqı yemək daxil olmaqla 150-250 manat arası təşkil edəcək.
Festival sentyabrın ilk 10 günlüyünə kimi davam edəcək.
Zaur Qənbərov
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !