Boddy və Rileyin 4 yaşı var və onlar əkizdirlər. Anadan olanda bir-birlərinə çox bənzəyirdilər, amma böyüdükcə fərq ortaya çıxdı – Boddy sarışın, mavi gözlü, Riley isə qarabuxdayı, qəhvəyi gözlü olub.
ANN.Az-ın "The Daily Mail”ə istinadən verdiyi xəbərə görə, əkiz olmalarına baxmayaraq fərqli rənglərə sahib olan əkizlər 2011-ci ildə Qərbi Londonda, Felthamda doğulublar. Əkizlərin anası Abiqail ağdərili, ataları Ricard isə melezdir. Əkizlərin xarici görünüşü 6 aylığından dəyişməyə başlayıb.
Uşaqlar sadəcə 30 dəqiqə ara ilə dünyaya gəliblər. Təzə doğulduğunda onların əkiz olmalarına heç kimin şübhəsi olmayıb. Amma ötən müddətdə Boddynin mavi gözlü, sarışın olması, Rileyin isə babasına oxşaması və qəhvəyi gözlü, qarabuxdayı olması hətta doktorları da təəəccübləndirib. Mütəxəssislər hesab edirlər ki, bu hal milyonda bir dəfə rast gəlinən hadisədir.
Əkizlərin validenləri küçədə hər zaman təəccüb dolu baxışlarla, fərqli münasibətlə üz-üzə gəldiklərini deyiblər. Hətta bir dəfə uşaqlar xəstələnəndə klinikaya müraqciət edən zaman onların əkiz olmalarına inanmayıb və xəstəxana qeydiyyat sənədlərini araşdırıblarmış. Valideynlər deyiblər ki, bu hl onları çox üzür: "Əlbəttə, əvvəllər özümüz də belə bir şey olacağına inanmamışır. Amma bu hal öz başımıza gələndən sonra bizə aydın oldu ki, ətrafdakı insanların inamsızcasına baxışları necə əzabvericidir. Sanki biz uşaqları haradansa oğurlamış, qaçırmışıq. İnsanlar hər dəfə "bu, sizin öz uşağınızdır” deyə sual edirlər. Anlayırıq ki, biz özəl bir ailəyik, milyonda birik”.
Nuray
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !