Milyonçunun oğlu atasının son günlərindən danışdı

21:14 | 04.11.2014
Milyonçunun oğlu atasının son günlərindən danışdı

Milyonçunun oğlu atasının son günlərindən danışdı

SSRİ-nin ilk rəsmi milyonçusu Cənnət Əliyevin ölümü onun adını bir daha media gündəminə gətirib. Onun oğlu Qalib Əliyev AzadlıqRadiosuna müsahibəsindəvaxtilə məşhur olan atasının son günlərindən də söz açıb.- Atanız ən çox milyonçu, bir də bəstəçi kimi yadda qaldı. Siz necə xatırlayırsınız onu?-Mənim atamın nə milyonçu, nə biznesmen, nə də siyasətçi kimi təqdimolunmasını istərdim. Onun Azərbaycanda dini tolerantlığın təməlini qoyanbiri kimi tanıdılması lazımdır. Hamı sual verirdi ki, Cənnət milyonlarınə etdi? Atam bezikmişdi bu suallardan. Cənnət Əliyev 1990-cı illərdəbir çox qəlibləri, mental görüşləri sındırdı. Bu, çox ciddi məsələdir.O, xristianlığı qəbul etdi, krişnaizmə kömək göstərdi, sonra yenidənislama qayıtdı.- Atanızla münasibətləriniz hansı səviyyədə idi?-O mənim üçün həm ata, həm dost idi. O, qeyri-adi adam idi. Axıradək biryerdə olmuşuq. Elə qucağımda da keçindi. Onun ölümü mənim üçün böyükitkidir. Tamam başqa bir dünyanın adamı idi. Komplekslərsiz bir insanolub.- Son dövrlər nə ilə məşğul olurdu?-İctimaiyyətə görünmürdü. Evdə oturub ibadətlə məşğul idi. Sırf dua,ibadətlə keçinirdi. Bir də hərdən özü üçün xırda-para musiqi yazırdı.Gitara çalırdı. Onun sərhəd hərəkatındakı rolu, digər xidmətləri danılsada, atam heç kimdən inciməyib. O deyirdi ki, onlarda heç bir günahyoxdur.  Bildirirdi ki, bu cür insanlar onun enerjisini qəbul edəbilmirlər. Elə buna görə də onun xidmətlərini danıb, yaxınburaxmayıblar.- Cənnət Əliyev bir az da qapalı adamtəəssüratı bağışlayırdı. Özünə qarşı təzyiqlərdən eyham vursa da, tamaçıqlama vermək istəmirdi...- Bu mövzuda danışmaq artıqdır.- Uşaqlığınızda imkanlı ailədə böyüsəniz də, sonra tam tərs duruma düşmüsünüz... Uyğunlaşma necə keçirdi?-Cənnətin yanında olanda, insanda, istər-istəməz, uyğunlaşma prosesigüclü gedir. O, insanda immunitet yaradırdı, axı maddi heç nəyə bağlıdeyildi. Atam tək mənə – yeganə övladına bağlı idi. Bu da normal insanihisslərdir. O bu dünyada bir pomidorla da keçinərdi. Məmnun olurdu buhalına. Artıq şey lazım deyildi ona. Onun üçün fərqi yox idi ki, zövqlüyemək yedi, ya sadə.- Atanız 1990-cı illərin ortalarındanAzərbaycanı tərk edib, Rusiyaya qayıtmışdı. Həmin vaxt onun milyonlarıda yox idi. Nə iş görürdü Rusiyada?- Atam birdəfəlikgetməmişdi. Tez-tez gəlib-gedirdi. Son bir-iki ili Bakıda yaşayırdı. O,Rusiyada xalq təbabəti ilə məşğul idi. Xəstələri cürbəcür otlarlasağaldırdı.- Bəs, öz xəstəliyi nə idi, ölümünə nə səbəb oldu?-Yüksək təzyiqdən öldü. Bu xəstəlik yavaş-yavaş yaranmışdı onda. Yüksəktəzyiq ağ ciyərinin damarlarını partlatdı. Ölümünə səbəb də bu oldu.- Cənnət Əliyevin tez-tez dinini dəyişməsi birmənalı qarşılanmırdı. Qohum-tanışın münasibəti necə idi buna?-Azərbaycan dövləti hər zaman fəxrlə tolerant olduğunu deyir. Heç birdinin nümayəndəsi o birisini incitmir. Bu mövzuda Cənnətin böyük roluolmuşdu. Mən fəxr edirəm ki, onun oğluyam. O, şərəfli bir ömür sürdü. Oöz həyatında bir neçə insanın yaşam duyğularını və adrenalinini yaşadı.Atamdan qalan ən böyük miras – özünüdərkdir. Bu, məndən ötrü milyonlaradəyər.Qaynar.info
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür