• $ 1.7
  • € 2.0035
  • ₽ 0.021707
  • ₺ 0.0427
  • £ 2.336

MİQ üzrə sənəd qəbuluna başlanılır

MİQ üzrə sənəd qəbuluna başlanılır
19.05.2023 14:38
Mayın 22-də 2023-2024-cü tədris ili üçün dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə start veriləcək.

Bu barədə Elm və Təhsil Nazirliyindən xəbər verilib.

Bildirilib ki, elektron sənəd qəbulu mərhələsi 22-30 may tarixlərini əhatə edəcək. Müsabiqədə iştirak etmək istəyən namizədlər 22 may saat 11:00-dan etibarən 30 may saat 11:00-dək www.miq.edu.az linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Müəllimlərin işə qəbulu üzrə müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi almış və ya xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmiş şəxslər iştirak edə bilərlər. Hazırda dövlət ümumi təhsil müəssisəsində müddətsiz əsaslarla çalışan müəllimlər də təyin olunduğu müəssisədə 3 ildən artıq fəaliyyət göstərdikləri halda müsabiqədə iştirak etmək hüququna sahibdirlər.

Müsabiqənin vakansiya seçimi mərhələsində ilk növbədə şəhid ailəsinin üzvləri iştirak edəcəklər. Eyni zamanda müsabiqədə həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi ümumi təhsil müəssisələrində 3-5 il ərzində fasiləsiz olaraq işləyən müəllimlərin imtahan nəticəsi 1,05, 5 il və daha artıq müddətdə fasiləsiz işləyən müəllimlərin imtahan nəticəsi isə 1,1 artım əmsalı ilə hesablanacaq.

Müsabiqə elektron ərizələrin yoxlanılması, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə mərhələlərini əhatə edəcək.

Daha ətraflı məlumatla aşağıdakı linkə daxil olaraq tanış ola bilərsiniz:

https://bit.ly/3MQoxGF

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrail Azərbaycana yeni səfir göndərəcək
Cəmiyyət 11:53
İsrail Azərbaycana yeni səfir göndərəcək
Həftəsonu 41 mindən çox abituriyent üçün qəbul imtahanı keçiriləcək
Cəmiyyət 11:10
Həftəsonu 41 mindən çox abituriyent üçün qəbul imtahanı keçiriləcək
Sevilyada İnkişafın Maliyyələşdirilməsi üzrə Qlobal Konfransı Azərbaycan təşviq edib
Cəmiyyət 11:03
Sevilyada İnkişafın Maliyyələşdirilməsi üzrə Qlobal Konfransı Azərbaycan təşviq edib
“İrəvan xanlığının mətbəxi” kitabı ingilis dilində təqdim olunub
Cəmiyyət 11:00
“İrəvan xanlığının mətbəxi” kitabı ingilis dilində təqdim olunub
Masazırda açıq ərazidə yanğın söndürülüb - Yenilənib
Cəmiyyət 00:10
Masazırda açıq ərazidə yanğın söndürülüb - Yenilənib
Sabah bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:19
Sabah bu ərazilərdə işıq olmayacaq
Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapılıb
Cəmiyyət 22:15
Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapılıb
Araz Ağalarova qarşı məhkəmə icraatına başlanılıb
Cəmiyyət 21:49
Araz Ağalarova qarşı məhkəmə icraatına başlanılıb
Göygöldə xəstə yaxınları təcili yardım maşınına hücum edib
Cəmiyyət 21:14
Göygöldə xəstə yaxınları təcili yardım maşınına hücum edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol