Miqrant problemləri AŞPA gündəmində

09:39 | 19.11.2013
Miqrant problemləri AŞPA gündəmində

Miqrant problemləri AŞPA gündəmində

Milli Məclisinin deputatı Rövşən Rzayev AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin iclasında iştirak edəcək. Deputat noyabrın 19-dan 21-dək Fransa paytaxtı Parisdə səfərdə olacaq.
Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, iclasda əsasən İordaniya, Türkiyə, Livan və İraqda yerləşmiş Suriya qaçqınlarının vəziyyəti müzakirə ediləcək, onlara yardım göstərilməsinin yolları araşdırılacaq.
AŞPA-nın komitə iclasında İtaliyanın sahilyanı ərazilərinə müxtəlif ölkələrdən miqrant axını probleminə də nəzər salınacaq, miqrantlar və qaçqınlar arşında QİÇS-in yayılmasına qarşı mübarizə məsələsi ətrafında fikir mübadiləsi aparılacaq.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM