Mirşahin Ağayev xəstəxanaya aparıldı - YENİLƏNİB

13:25 | 23.01.2016
Mirşahin Ağayev xəstəxanaya aparıldı - YENİLƏNİB

Mirşahin Ağayev xəstəxanaya aparıldı - YENİLƏNİB

Mirşahin Ağayev Mərkəzi Gömrük Hospitalına yerləşdirilib 
 
ANS Müstəqil Yayım və Media Şirkətinin baş direktoru Mirşahin Ağayev səhhətində yaranan problemlə bağlı xəstəxanaya yerləşdirilib.
 
Bu barədə APA-ya ANS-dən bildirilib.
 
Məlumata görə, M. Ağayevin ürəyində problemlər yaranıb və o, bununla bağlı Mərkəzi Gömrük Hospitalına yerləşdirilib.
 
 
 
*** 
 
 
Bu gün ANS Şirkətlər Qrupunun vitse-prezidenti, əməkdar jurnalist Mirşahin Ağayev xəstəxanaya aparılıb.

ANN.Az femida.az-a istinadən xəbər verir ki, ilkin məlumata görə, Mirşahin Ağayev işdə özünü pis hiss edib və o ürək tutması şikayəti ilə təcili olaraq xəstəxanaya aparılıb.

Xatırladaq ki, son zamanlar ANS və Milli Televiziya və Radio Şurası arasında ciddi qarşıdurma yaranıb. ANS-in vitse-prezidenti bununla bağlı dünən mətbuat konfransı keçirib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM