Misir Mərdanov Mikayıl Cabbarovun ittihamlarına cavab verdi

16:05 | 07.08.2014
Misir Mərdanov Mikayıl Cabbarovun ittihamlarına cavab verdi

Misir Mərdanov Mikayıl Cabbarovun ittihamlarına cavab verdi

Sabiq təhsil naziri Misir Mərdanov fəaliyyəti dövründə 2 minə yaxın müəllimin saxta diplomlarla işə düzəldilməsi haqda hazırki təhsil naziri Mikayıl Cabbarovun iradlarına cavab verib.
AzVision.az-a açıqlamasında Misir Mərdanov iradların əsassız olduğunu bildirib.
“Mən o işlərin heç birinə qarışmıram. Mənim adımdan heç nə deməsinlər. Bu barədə danışmaq istəmirəm” - deyə qeyd edən sabiq nazir hazırda istirahətdə olduğunu bildirib:
“Məzuniyyətə çıxmışam, hazırda istirahətdəyəm”.
Qeyd edək ki, təhsil naziri Mikayıl Cabbarov rusiyalı blogger Vyaçeslav Sapunova verdiyi müsahibədə Azərbaycanda hazırda 2 mindən çox adamın saxta diplomla müəllim işlədiyini deyib: 
“Hazırda istintaq gedir və ola bilsin ki, hüquq-mühafizə orqanları dəqiq rəqəm müəyyən edə biləcəklər. Lakin biz artıq dəqiq bilirik ki, belə adamlardan 2 mindən çoxu saxta diplomla orta təhsil sistemində işə düzəliblər, onlar əsasən respublikanın rayonlarında işləyirlər”.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM