Misirdə turistləri daşıyan avtobus qəzaya uğrayıb.Bu barədə xarici media xəbər verib.
Qəza Sinay yarımadasının cənubunda baş verib, 35-dən çox xarici turistin olduğu avtobus Ras Sidr bölgəsində aşıb.
Xəsarət alan əksəriyyəti - 31 nəfər Rusiya və Ukraynadan, daha 3 nəfər isə Azərbaycandandır.
Yaralılar xəstəxanaya çatdırılıb, onların vəziyyəti barədə məlumat verilmir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !