Misirdə tarixi dəyişdirəcək arxeoloji TAPINTI

15:06 | 09.01.2014
Misirdə tarixi dəyişdirəcək arxeoloji TAPINTI

Misirdə tarixi dəyişdirəcək arxeoloji TAPINTI

Misirin Sohaq bölgəsindəki Abidos arxeoloji düşərgəsində qədim Misir fironuna aid məzar tapılıb. 
ANN.Az-ın "Huffington Post"a istinadən verdiyi xəbərə görə, Misirin antik dövr naziri Mohamed İbrahim tapılan məzarın Kral I Sobexotepə aid olduğunu bildirib.
Pensilvaniya Universitetindən araşdırmaçı qrup arxeoloji düşərgədə Antik dövr nazirliyinin əməkdaşları ilə birlikdə işləyirdi. 60 ton çəkisi olan sarkafoqun içərisində tapılan məzarın üzərində fironun adı yazılıb. 
Kral I Sobexotep 13-cü Firon Xanədanının əsasını qoyan şəxs kimi tanınır. Bu tapıntıdan əvvəl bu vacib şəxsin hakimiyyəti haqqında az məlumat var idi. Buna görə də Abidosdakı bu arxeoloji nailiyyət çox vacib əhəmiyyətə malikdir. Nazirliyin rəsmisi Ayman El-Damarani qeyd edib ki, Sobexotepin 5 il çəkən hakimiyyəti "həmin dövr üçün ən çox davam edən hakimiyyət" idi.
Yuxarı Misirdə Nil çayının qərb sahilində yerləşən Abidos mistik şəhərində bir çox vacib arxeoloji kəşflər edilib. Onlardan biri erkən Misir krallığı dövründə salınan kral məzarlığıdır, bu yer sonradan qədim misirlilər üçün Osiris allahına sitayiş edilən ziyarət yerinə çevrilmişdi. 
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM