MN: Erməni əsgərinin gözünə hər yerdə Azərbaycan “diversantı” görünür

16:47 | 03.01.2015
MN: Erməni əsgərinin gözünə hər yerdə Azərbaycan “diversantı” görünür

MN: Erməni əsgərinin gözünə hər yerdə Azərbaycan “diversantı” görünür

Ermənistanın elektron kütləvi informasiya vasitələrinin guya Azərbaycan Silahlı Qüvvələrinin cəbhədə təxribat törətməsi və bunun nəticəsində itki verməsi barədə yaydığı məlumatlar yalan və uydurmadır.
 
ANN.Az Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, təchizatsız, ağır və dözülməz şəraitdə, soyuq səngərdə qorxu və səksəkə içində olan erməni əsgərindən tutmuş hərbi rəhbərliyinə kimi hamının gözünə hər yerdə Azərbaycan "diversantı” görünür.
 
"Erməni silahlı qruplaşmalarının daxili çəkişmələri və aralarındakı ziddiyyətlər nəticəsində bir-birini gülləbaran etdikdən sonra hər dəfə Azərbaycan tərəfini günahkar çıxarması artıq adət halını alıb.
 
Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, Yeni il bayramlarını qeyd etməklə bərabər Azərbaycan torpaqlarının işğaldan azad olunmasına ciddi hazırlaşır”, - deyə MN-in məlumatına bildirilir.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM