Mobil nömrələrin daşınması xidməti işə başladı - Azərbaycanda

14:47 | 01.02.2014
Mobil nömrələrin daşınması xidməti işə başladı - Azərbaycanda

Mobil nömrələrin daşınması xidməti işə başladı - Azərbaycanda

Azərbaycanın mobil rabitə operatorları "Azercell" və "Nar Mobile" mobil nömrələrin daşınması xidmətini (MNP - Mobile Number Portability) işə salıb.Trend-in məlumatına görə, hazırda digər operatorların abonentləri Sim-kart və şəxsiyyət vəsiqəsini təqdim edərək abunə xidmətləri ofislərinə müraciət edə bilərlər. Xidmət fevralın 3-dən "Bakcell"in servis mərkəzlərində işə salınacaq.Operatorun şəbəkəsinə miqrasiya edilən zaman SİM-kart dəyişdirilməlidir. "Azercell"in servis mərkəzlərində kartların dəyişdirilməsinin qiyməti 3,54 manat təşkil edəcək. "Bakcell" və "Azerfon" mərkəzlərində kartların dəyişdirilməsi pulsuz həyata keçirilir."Azerfon"dan bildiriblər ki, operator şəbəkəsinə miqrasiya edən abonentlər balanslarına 3 manatlıq danışıq müddəti və hər ay 30 dəqiqə alacaqlar.Qeyd edək ki, digər operatorların şəbəkələrinə miqrasiya zamanı SİM kartın əvəz edilməsi tələb olunur. Bir şəbəkədən digərinə miqrasiya müddəti 6 gün təşkil edəcək. Xidmət data-kartlarda istifadə edilən SİM kartlar üçün keçərli deyil. Qaydalara əsasən, 3 ay tamam olduqdan sonra xidmətdən təkrar istifadə etmək mümkün olacaq.MNP xidmətinin tətbiqi abonentlərə operatoru dəyişəcəyi təqdirdə öz telefon nömrələrini saxlamaq imkanı verəcək. Nömrənin daşınması operatorun ayırdığı prefiks ("050", "051", "055", "070" və "077") ilə birlikdə abonent nömrəsinin tam miqrasiyasını nəzərdə tutur. ANN.Az 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM