Mobil telefon idxalı azalıb

17:30 | 15.02.2015
Mobil telefon idxalı azalıb

Mobil telefon idxalı azalıb

2014-cü ilin yekunu üzrə Azərbaycan 51 milyon dollar məbləğində 88 mindən çox mobil telefon və simsiz şəbəkələrdə işləyən digər qurğular (planşet kompüterlər, radiotelefonlar və s.) idxal edib. 


"Qafqazinfo” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2013-cü illə müqayisədə keçən il Azərbaycana idxal edilən mobil telefonların sayı 6 faizdən çox azalıb, qiymətdə isə 22,4% artım müşahidə olunur. Müqayisə üçün, 2013-cü ildə ölkəyə 94,5 mindən çox telefon gətirilib.

Dövlət Komitəsindən bildirilib ki, ölkəyə hər ay orta hesabla 7 mindən çox mobil telefon və simsiz şəbəkələrdə işləyən digər qurğular idxal edilib. Mobil telefon bazarının aylıq həcmi 427 min dolları ötüb.
 
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM