Montoneqro Azərbaycanı “yaşıl siyahıya” saldı

14:34 | 04.08.2020
Montoneqro Azərbaycanı “yaşıl siyahıya” saldı

Montoneqro Azərbaycanı “yaşıl siyahıya” saldı

Monteneqro hökuməti yanında Milli Koordinasiya Şurası Azərbaycanı "yaşıl siyahıya” daxil etmək qərarına gəlib.

Bu siyahıya epidemioloji təhlükəsiz ölkələrin adları salınıb.

Siyahıya Azərbaycanla yanaşı, Rusiyanın adı əlavə edilib. Adıçəkilən ölkələrin vətəndaşlarının COVID-19 ilə əlaqədar əlavə şərtlər olmadan Monteneqroya girişinə icazəsi verilir.

Qeyd edək ki, iyunun 1-dən etibarən Monteneqroya xüsusi giriş meyarları tətbiq edilib. 100 min əhaliyə 25-dən çox COVID-19 halının qeydə alındığı ölkələrin vətəndaşları üçün sərhədlər bağlıdır.

"Yaşıl siyahı"ya Avropa Birliyi ölkələrinin böyük hissəsi daxil edilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti