Rusiya ekspertləri yeni açıqlama ilə çıxış edib
Növbətçi Moskva metrosunda 23 adamın dünyasını dəyişməsi ilə nəticələnmiş qəzaya səbəb yoldəyişimə mexanizmi yox, qatarların altına atılmış kənar predmet ola bilər.
ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya ekspertlərinin bu gün dərc edilmiş açıqlamalarında bildirilir. Belə ki, Moskva merinin müavini Marat Xusnullinin rəhbərliyi altında keçirilmiş iclasda bildirilib ki, qatarların relsdən çıxdığı yerdən 50 metr arxada beton üzərində təzə qırıntılar müşahidə edilib. Ekspertlərin fikrincə, qatarın altında hansısa bərk predmet qalıbmış.
Hazırda həmin predmetin nə ola biləcəyi və qatarın altına necə düşə biləcəyi barədə araşdırmalar aparılır.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !