Azərbaycanın Xarici İşlər Nazirliyi Moskva metrosunda baş vermiş qəzada həlak olanlar və xəsarət alanlar arasında Azərbaycan vətəndaşlarının olub-olmadığını araşdırır.ANN.Az xəbər verir ki, bu barədə Gün.Az-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev məlumat verib.Onun sözlərinə görə, məsələnin araşdırılması ilə bağlı ölkənin Rusiyadakı səfirliyinə tapşırıq verilib.Xatırladaq ki, bu gün Moskva metrosunun Arbatsko-Pokrovski xətti ilə hərəkət edən qatarın 3 vaqonu təqribən “Slavyanski bulvar” stansiyası yaxınlığında qismən relsdən çıxıb. Son məlumatlara görə, hadisə nəticəsində 16 nəfər həlak olub, 118 nəfər yaralanıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !