Moskvada evsizlərin 6%-ni azərbaycanlılar təşkil edir

13:06 | 29.04.2016
Moskvada evsizlərin 6%-ni azərbaycanlılar təşkil edir

Moskvada evsizlərin 6%-ni azərbaycanlılar təşkil edir


59 faiz digər regionlardan gəlmələrdir.

Moskvada 10-12 min evsiz var, onlardan 6 faizi azərbaycanlılardır. 

Oxu.Az "Moskva” agentliyinə istinadən xəbər verir ki, bu barədə Moskva şəhər duması yanında siyasi partiyaların ictimai konsultativ müşavirəsinin iclasının gedişatında insan haqları üzrə səlahiyyətli nümayəndə Tatyana Potyaeva bildirib. 

Potayevanın sözlərinə görə, şəhər evsizlərinin 14 faizi Moskvanın sabiq sakinləri, 9 faizi isə Moskva vilayətinin sakinləridir. 

Daha 59 faizi Rusiyanın digər regionlarından gəlib. Qalan 18 fazi isə xarici vətəndaşlardır, onların arasında çoxluğu Ukrayna (38 faiz), Belarus (30 faiz), Özbəkistan (7 faiz), Azərbaycan (6 faiz), Tacikistan (5 faiz) vətəndaşları təşkil edir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb