Moskva metrosunda bu gün səhər qatarın "Molodyojnaya" və "Slavyanskiy bulvar" stansiyaları arasındakı tuneldə baş verən qəza nəticəsində zərərçəkənlərin sayı anbaan artır.
“Qafqazinfo” İtar-Tass-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açılamasında Moskva merinin müavini Pyotr Biryukov bildirib:
“Ölənlərin sayının artıq 10 nəfər olduğu dəqiqdir”.
Biryukov eyni zamanda yaralıların sayının 120-ni ötdüyünü, ümumilikdə isə təcili yardıma 149 nəfərin müraciət etdiyini deyib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !