Moskvadan Türkiyəyə uçan təyyarədə bomba təhlükəsi

12:15 | 01.11.2017
Moskvadan Türkiyəyə uçan təyyarədə bomba təhlükəsi

Moskvadan Türkiyəyə uçan təyyarədə bomba təhlükəsi

Moskvanın "Domodedovo” hava limanından İstanbula uçan Türkiyənin "Pegasus Airlines” şirkətinə məxsus sərnişin təyyarəsi Ukraynanın Odessada təcili eniş edib.

AzVision.az xəbər verir ki, təyyarədə bomba olması ilə bağlı məlumat sərnişinləri təşvişə salıb. Bu səbəbdən təyyarə təcili eniş edib.

Odessa polisindən verilən məlumata görə, təyyarədəki sərnişinlərdən biri özünü yaxşı hiss etmədiyindən ayaqyolunda uzun müddət qalıb. Bu isə təyyarə personalını şübhələndirib. Bu şübhələri daha da gücləndirən ayaqyolundan şübhəli çantanın aşkarlanması olub. Təyyarə təcili eniş etdikdən sonra aparılan axtarışlar zamanı şübhələrin əsassız olduğu müəyyənləşib. 

Ukrayna polisi bildirib ki, özünü şübhəli aparan Litva vətəndaşı olan sərnişin dindirilib. 

Qeyd edək ki, təyyarə 1.5 saatlıq gecikmə ilə "Sabiha Gökçen” hava limanına eniş edib. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM