Mourinyodan Özilə dəstək

12:17 | 20.06.2014
Mourinyodan Özilə dəstək

Mourinyodan Özilə dəstək

"Çelsi"nin baş məşqçisi Joze Mourinyo son zamanlar tənqid olunan Almaniya millisinin futbolçusu Məsut Özilə dəstək çıxıb.

Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, portuqaliyalı mütəxəssis yarımmüdafiəçiyə edilən tənqidlərin doğru olmadığını və Özilin yaxşı oyunçu olduğunu deyib:

"Onu tənqid etmək çox çətindir. Ondan aqressiv oyun gözləmək düzgün deyil. O, doğru zamanda düzgün ötürmələr verə bilən futbolçudur. Uzun müddət onunla çalışmışam. Məsut çox həssas biridir. Ona güvənillməsini, azarkeşlərin dəstək olmasını gözləyər. Özilin oyununu çox bəyənirəm".

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM