Lakin əksər hallarda aktiv həyat tərzi və düzgün qidalanma orqanizminizə daha böyük fayda gətirərək, uzun ömür yaşamağınıza zəmanət verər.
Birminhem Universitetinin və Kral kollecinin alimləri tədqiqat apararaq hansı idman növünün yaşlanmanı zəiflətdiyini müəyyən ediblər.
Tədqiqat nəticəsində məlum olub ki, velosport qocalmanı ləngidən idman növlərindən biridir. Aydın olub ki, yaşlandıqca velosportla müntəzən məşğul olan şəxslərdə piy qatı, qanlarında isə xolesterinin səviyyəsi artmır, kişilərdə isə testosteronun miqdarı yüksək olur.
Həmçinin bəzi alimlər apardıqları tədqiqatları sayəsində qənaətə gəliblər ki, sağlamlıq üçün ən faydalı idman növü üzgüçülükdür.
Araşdırmalar göstərir ki, bu idman növü ürək-damar xəstəliklərindən ölüm ehtimalını 30-40% azalda bilir.
Lakin alimlər xəstəliklərin riskini azaldan və həyatı uzada bilən bu idman növlərinə daha ikisini də əlavə edirlər:
Tennis
Müxtəlif ölkələrin alimləri bir neçə il ərzində tədqiqat apararaq müəyyən ediblər ki, tennis ürək-damar xəstəliklərindən ölüm riskini 56% azaltmağa qadirdir.
Aerobika
Alimlər bura rəqs, gimnastika, asta qaçışı və s.aid edirlər. Alimlər hesab edirlər ki, bu hərəkətlər ürək-damar xəstəliklərindən ölüm riskini 36% azalda bilirlər.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !